Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Noyabr 2019 01:56
Azəbaycan millisi tarixinin ən pis göstəricisini təkrarlayıb.
Qol.az xəbər verir ki, “Avro-2020”nin qrup mərhələsinin son turunda Slovakiya ilə səfər matçında da 0:2 hesabı ilə uduzan yığmamız qrupu sonuncu yerdə və cəmi 1 xalla başa vurub. Bununla da, komanda “Avro-1996”nın seçmə mərhələsində (1994/95 mövsümü) qeydə alnan antirekordu təkrarlayıb.
Xatırladaq ki, o vaxt komandamıza Ağasəlim Mircavadov, AFFA-ya isə Fuad Musayev rəhbərlik edirdi. Həmin seçmə mərhələdə Azərbaycan millisi ilk dəfə beynəlxalq turnirə qatılırdı.