Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2024 22:35
Müğənni Nura Suri bir nəfər tərəfindən izlənildiyini iddia edib.
Sonxeber.net teleqraf-a istinadla xəbər verir ki, Nura Suri İnstaqramda video paylaşaraq onu izləyən şəxsi ifşa edib: "Deməli, hara gedirəmsə, papaqlı bir oğlan məni güdür. Üzünü tam görə bilmirəm. Məncə məni güdür, amma onu heç kimə şikayət edə də bilmirəm. Çünki bilmirəm ki, bu adam kimdir, məndən nə istəyir, yoxsa təsadüfdür. İndi evdən çıxıram, aşağı düşürəm, əgər həmin adam məhəllədə olarsa, görüntüsünü çəkib sizinlə paylaşacam. Bu məsələ mənim özümə də çox təəccüblüdür. Baxın, həmin oğlan yenə məhəllədədir. Mənim arxamca gəlir. Elə edir ki, üzü görünməsin. Arxamca marketə də gəldi. Guya ki, nəsə alır".