Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qalmaqallı futbolçu vəfat etdi

Qalmaqallı futbolçu vəfat etdi

Tarix: 11 Aprel 2024 23:26

Keçmiş amerikalı futbol ulduzu və səs-küylü cinayət işinin iştirakçısı Orental Jeyms (O. J. Simpson) Simpson xərçəng xəstəliyindən vəfat edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə onun qohumları sosial şəbəkədə məlumat verib.

Bildirilib ki, Simpson aprelin 10-da, 76 yaşında dünyasını dəyişib.

Simpson "Çılpaq silah" filmində detektiv Nordberq rolunda çəkilib, lakin dünya şöhrətini 90-cı illərin ortalarında baş verən qətl hadisəsindən sonra qazanıb.

Keçmiş futbolçu həyat yoldaşı Nikol Braun-Simpson və onun dostu Ronald Qoldmanı qəsdən öldürməkdə ittiham olunub.

Polis canlı yayımda onu təqib edib və bütün Amerika bunu izləyib.

İttiham tərəfi məhkəmədə çoxsaylı sübutlar təqdim etsə də, yekunda məhkəmə ona bəraət verib.

Bu proses böyük rezonans doğurub, müdafiə və ittiham tərəflərinin hər addımı mediada fəal şəkildə işıqlandırılıb.

"American Crime Story" teleserialının birinci sezonu da bu cinayət işinə həsr olunub.

Milli.Az


Etiketlər:  Qalmaqallı futbolçu vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ