Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər” - VİDEO

“Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər” - VİDEO

Tarix: 12 Aprel 2024 10:44

İtaliyalı güləşçi Frank Çamisio Bakıda ona təklif edilən 300 min dollar dəyərindəki rüşvəti rədd etdiyini iddia edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə güləşçi "La Repubblica" qəzetinə açıqlama verib.

İkiqat dünya çempionu və olimpiya oyunlarının bürünc mükafatçısı Frank Çamisio Azərbaycanda, Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya təsnifat turnirində keçən həftə keçirilən görüşdə uduzması üçün ona  300.000 ABŞ dolları məbləğində rüşvət təklif edildiyini bildirib:

"Azərbaycanda ikiqat, üçqat mübarizə verməli olduğumu bilirdim, çünki onların ölkəsində döyüşürdüm. Yanıma gəlib uduzmağım üçün 300 min dollar təklif etdilər. Kimin olduğunu demək istəmirəm, amma bu, çəki ölçmənin səhəri günü baş vermişdi.

Mən bu təklifi rədd etdim. Çünki təkcə özümü deyil, həm də İtaliyanı təmsil edirəm. Baş verənləri şəxsən mən yaşayıram, sadəcə döyüşə baxın. O qədər iyrənirəm ki, idman haqqında danışdığımı hiss etmirəm".

Qeyd edək ki, Frank Çamizo Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya təsnifat turnirində azərbaycanlı güləşçi Turan Bayramova məğlub olub.

Milli.Az


Etiketlər:  Bakıda uduzmaq üçün mənə 300 min dollar təklif etdilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ