Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2024 11:25
Xəbər verdiyimiz kimi, Xalq artisti Natiq Şirinovun qızı Sevilin toyu baş tutub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, məclisdə rəqsi ilə diqqət çəkənlər arasında Xalq artisti Alim Qasımov da olub. O, ailəsi, qızı Fərqanə Qasımova, nəvəsi Fatimə, onun həyat yoldaşı Ümid Natiqoğlu ilə rəqs edib. Sosial mediada yayılan görüntülərdə A.Qasımovun nəticəsi Şəms də yer alıb.
Qeyd edək ki, Fatimə Əməkdar artist Fərqanə Qasımovanın qızıdır. Ümid isə Xalq artisti Natiq Şirinovun oğludur.