Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha bir ölkədən çağırış: İran və İsrailə səfər etməyin!

Daha bir ölkədən çağırış: İran və İsrailə səfər etməyin!

Tarix: 12 Aprel 2024 22:40

Hindistan vətəndaşlarına növbəti xəbərdarlığa qədər İran və İsrailə səfər etməməyi tövsiyə edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Sözügedən ölkələrdə yaşayan hindlilərin Hindistan səfirlikləri ilə əlaqə yaratmaları tələb edilib:

"Bölgədəki vətəndaşlara təhlükəsizlik tədbirləri görmələri və ölkə daxilində hərəkətlərini məhdudlaşdırmaları tövsiyə edilib".

Qeyd edək ki, İsrail 1 apreldə İran səfirliyinin yanında yerləşən binaya zərbə endirib, nəticədə SEPAH-ın 2 generalı və 5 zabiti ölüb. Bundan sonra, İran rəsmiləri İsraildən qisas alacaqları ilə bağlı açıqlamalar veriblər.

Milli.Az


Etiketlər:  Daha bir ölkədən çağırış İran İsrailə səfər etməyin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ