Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2024 17:10
Ermənistan Suriya ilə qarşılıqlı hörmətə əsaslanan dostluq münasibətlərini yüksək qiymətləndirir.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın Suriya prezidenti Bəşər Əsədə Respublikanın Müstəqillik Günü münasibətilə təbrik məktubunda deyilir.
"Dost Suriya ilə çoxəsrlik tarixə, qarşılıqlı etimada və ortaq dəyərlərə əsaslanan münasibətlər bizim üçün xüsusi əhəmiyyət kəsb edir, Ermənistan Suriya ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır", - məktubda qeyd olunub.
Paşinyan əmin olduğunu bildirib ki, xalqların sülh şəraitində birgə yaşayışının təhlükə altında olduğu indiki çətin dövrdə Ermənistan-Suriya münasibətləri qarşılıqlı etimad və konstruktiv yanaşma nümunəsidir.
Ermənistan prezidenti Vaaqn Xaçaturyan da Əsədə təbrik məktubu göndərib. O, dost Suriya ilə müxtəlif sektorlarda səmərəli əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğuna əmin olduğunu bildirib.