Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Aprel 2024 06:38
Almaniyanın "Bavariya"sı Çempionlar Liqasının yarımfinalına çıxıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, münxenlilər turnirin 1/4 finalının cavab qarşılaşmasında İngiltərənin "Arsenal"ını 1:0 hesabı ilə yenərək növbəti mərhələyə adlayıblar.
Münxendə baş tutmuş qarşılaşmada yeganə qolu 63-cü dəqiqədə Yozua Kimmix vurub. İlk oyun aprelin 9-da Londonda keçirilib və 2:2 hesabı ilə başa çatıb.
1974, 1975, 1976, 2001, 2013 və 2020-ci illərdə turnirin qalibi olan "Bavariya" Çempionlar Liqasının altıqat qalibidir. "Arsenal" bir dəfə turnirin finalında çıxış edib: 2006-cı ildə "topçular" İspaniyanın "Barselona"sına uduzub.
Çempionlar Liqasının finalı iyunun 1-də Londondakı "Uembli" stadionunda keçiriləcək. Turnirin hazırkı qalibi son turun həlledici matçında İtaliya "İnter"ini məğlub edən "Mançester Siti"dir.