Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pakistanda “X” bu səbəbdən bağlandı

Pakistanda “X” bu səbəbdən bağlandı

Tarix: 18 Aprel 2024 15:36

"Pakistanda fevralın 17-də tətbiq edilən və bu günə qədər davam edən "X" sosial şəbəkəsinə girişin müvəqqəti məhdudlaşdırılması milli təhlükəsizlik məqsədi ilə həyata keçirilib".

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə İslamabad Ali Məhkəməsinə daxili işlər naziri Xürrəm Ağanın təqdim etdiyi hesabatda qeyd olunub.

"X" sosial şəbəkə platformasının Pakistan hökumətinin qanuni direktivlərinə əməl etməməsi və platformadan sui-istifadə hallarını aradan qaldırmaması qadağanı zəruri edib. Bu, milli təhlükəsizlik, ictimai asayişin və milli bütövlüyünün qorunması üçün edilib", - deyə sənəddə bildirilib.

Qeyd edilib ki, sosial şəbəkəyə qoyulan qadağa Pakistanın kəşfiyyat və təhlükəsizlik orqanlarının məxfi hesabatları əsasında tətbiq edilib.


Etiketlər:  Pakistanda səbəbdən bağlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ