Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Damlanın prodüserindən səhhəti ilə bağlı AÇIQLAMA

Damlanın prodüserindən səhhəti ilə bağlı AÇIQLAMA

Tarix: 18 Aprel 2024 18:40

Damla ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova yeni paylaşımı ilə adından söz etdirib. 

Sənətçi sosial şəbəkə hesabında xəstəxanadan qolunda "sistem" fotosunu yayımlayıb.  

Damla xəstəxanaya düşdü - FOTO

Damla sözügedən paylaşımına heç bir şərh yazmayıb. 

Milli.Az bildirir ki, məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı müğənni ilə əlaqə saxlayıb. Telefona isə ifaçının prodüseri Şamil İbrahimov cavab verib. 

O bildirib ki, Damlanın səhhəti yaxşıdır: 

"Damlanın "sistem" altında xəstəxana palatasında çəkilən fotosunu özüm paylaşmışam. Onun səhhəti yaxşıdır. Heç bir problem yoxdur. Viruslardan və xəstəliklərdən özünü qorumaq üçün profilaktik sistemlər edir. Damlanın səhhəti ilə maraqlanan hər bir kəsə təşəkkürümüzü bildiririk". 

Milli.Az


Etiketlər:  Damlanın prodüserindən səhhəti ilə bağlı AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ