Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Apple” Çində bu proqramları “App Store”dan sildi

“Apple” Çində bu proqramları “App Store”dan sildi

Tarix: 19 Aprel 2024 17:50

"Apple" Çin hakimiyyətinin tələbi ilə "WhatsApp" mesencerini və "Threads" xidmətini Çindəki "App Store"dan silib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Facebook", "Instagram" və "Messenger" kimi digər korporasiya məhsulları isə yükləmək üçün əlçatan qalır.

"Çinin kibertənzimləyicisi milli təhlükəsizlik baxımından bu proqramların çıxarılmasına göstəriş verib", - deyə "Apple"ın açıqlamasında deyilir.

Həmçinin korporasiya fəaliyyət göstərdiyi ölkənin qanunlarına, hətta onlarla razılaşmasa belə, riayət etməyə borclu olduğunu qeyd edib.

Milli.Az


Etiketlər:  Apple Çində bu proqramları App Storedan sildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ