Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü - FOTO

Tarix: 19 Aprel 2024 20:50

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən Sahura Dudu Bahçeci həkimlərin müdaxiləsinə rəğmən ölüb.

Polis əməkdaşları tərəfindən Talha Çorum saxlanılıb. Məlum olub ki, o, Almaniyadan 3 ay əvvəl gəlib. Orada psixiatrik müalicə alıb.

Hazırda araşdırmalar davam edir.


Etiketlər:  yaşlı nənəsinin başını divara çırpıb öldürdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ