Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Əsl musiqiçilər qoca olmur"

Tarix: 19 Aprel 2024 22:15

"Əsl musiqiçilər qoca olmur. Məsələn, mən röyalda ifa edirəm və yüngül hiss edirəm. Bu, dərmandır. İfa edəndən görürəm ki, cavanlaşıram".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti cavan Zeynallı "Yaşananlar" proqramında deyib. Yaşından danışan cazmen onu açıqlamaq istəməyib:

"Qaya" qrupunda səslər başqa idi. Hər adam orada oxuya bilməz. Mən orada 20 il yüksək səviyyədə çalışdım. Elə özəl ansambıl idi ki, biri olmayanda digərləri də oxuya bilmir. Bir üzvü gedəndə dördüncünü axtarmağa başladılar. Bir gün Heydər Əliyev "Qaya" qrupunu tədbirə çağırıb. Mədəniyyət Nazirliyi onları çağırıb, deyiblər oxuya bilmərik, üç nəfərik. Deyiblər, İtaliyadan qonaqlar gəlib, mümkün deyil. Məni tapdılar, gedib məşq etdim. İki gün məşqdən sonra sarayda səhnəyə çıxdım. Ayaqlarım titrəyirdi. Oxudum onlarla, sonra Polad Bülbüloğlu gəldi ki, heç kim getmir, Heydər Əliyev sizinlə görüşməyə gəlir. İlk sözü o oldu ki, "Cavanşir, "Qaya" ansamblında oxuyursan? Ona görə "Qaya" cavanlaşdı". Hamı güldü. Mən ansambldan 10 yaş cavan idim".

Milli.Az


Etiketlər:  Əsl musiqiçilər qoca olmur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ