Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Aprel 2024 06:30
ABŞ Konqresinin Nümayəndələr Palatası Tiktokun ölkədə qadağan edilməsi imkanını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə RBC-Ukrayna məlumat yayıb.
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonun təklif etdiyi qanun layihəsinə əsasən, Tiktokun sahibi olan Çinin "ByteDance" şirkətinə sosial şəbəkəni satmaq üçün 9 ay vaxt veriləcək. Əgər şirkət Amerika hakimiyyətinin şərtlərinə əməl etməzsə, o zaman Tiktok Amerikada qadağan olunacaq.
Qeyd edək ki, bu qanun layihəsi hələ ABŞ Senatı tərəfindən dəstəklənməlidir, daha sonra isə ABŞ prezidenti tərəfindən imzalanmalıdır.