Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2024 09:48
"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki daha bir mümkün rəqibi müəyyənləşib.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, "Virtus" Azərbaycan çempionunun 4-cü mümkün rəqibi olub.
Bu klub San-Marinoda çempion titulunu qazanıb. "Cırtdan ölkə" təmsilçisi püşkatmada səpələnməmişlər səbətində yer alacaq.
Bu üzdən də "Virtus" "Panevejis", "Ordabası" və "Vikinqur" kimi səpələnmiş olan "Qarabağ"ın potensial rəqibidir. Macarıstanda ən güclü olan "Ferensvaroş" isə Ağdam klubu ilə eyni səbətə düşüb.
Səpələnmişlər
"Ferensvaroş" (Macarıstan)
"Qarabağ" (Azərbaycan)
"Slovan" (Slovakiya)
HİK (Finlandiya)
"Flora" (Estoniya)
"Klaksvik" (Farer adaları)
"Şemrok Rovers" (İrlandiya)
Səpələnməmişlər
"Panevejis" (Litva)
"Ordabası" (Qazaxıstan)
"Vikinqur" (İslandiya)
"Virtus" (San-Marino)
Qeyri-müəyyənlər
TNS (Uels)
RFS (Latviya)
"Dinamo" (Batumi, Gürcüstan)
"Dinamo" (Minsk, Belarus)
Qeyd edək ki, I təsnifat mərhələsində 30 komanda mübarizə aparacaq.