Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu binanın sakinləri niyə susuz qalıb? - Müvafiq qurumlardan CAVAB

Bu binanın sakinləri niyə susuz qalıb? - Müvafiq qurumlardan CAVAB

Tarix: 20 Noyabr 2019 17:12

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakının Xətai rayonunda yerləşən bina sakinlərinin su ilə bağlı uzun zamandır üzləşdiyi problem aradan qaldırılır. Söhbət Xətai rayonu Zığ şosesi, bina 31-dən gedir.

Xətai Rayon Sukanal İdarəsinin rəisi Etibar İbrahimov Trend-ə bildirib ki, su borularının köhnəlməsi səbəbindən binanın bir hissəsi susuz qalıb.

Onun sözlərinə görə, yaxın günlərdə problemin həll ilə bağlı işlər başlayacaq:

"Artıq müvafiq tədbirlər görülüb və xətlərin dəyişdirilməsi üçün yeni materiallar sifariş verilib. Sifarişlər gələn kimi, ilk əlverişli hava şəraitində bu işlərə start veriləcək".

Xətai Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov da Trend-ə bildirib ki, binaya gedən borular qəzalı vəziyyətdədir, ancaq onların yenilənməsi ilə bağlı tapşırıqlar verilib:

"Yaxın vaxtlarda bütün problemlər aradan qaldırılacaq".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  binanın sakinləri niyə susuz qalıb Müvafiq qurumlardan CAVAB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ