Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2024 10:02
"Qalatasaray"ın futbolçusu Mauro İkardinin ötən gün uşaq bayramı ilə bağlı paylaşımı müzakirələrə səbəb olub.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, futbolçunun paylaşdığı şəkillərdə uşaqlarla yanaşı, "Fənərbaxça"nın Superkubok finalında meydana çıxan 17 yaşlı futbolçusu da yer alıb.
Bu isə izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.
Argentinalı futbolçu paylaşımın açıqlama hissəsinə Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün sözlərini yazıb: "Uşaqlar gələcəyimizin təminatı və həyat sevincimizdir. İndiki uşaqları sabahın böyükləri kimi yetişdirmək bizim bir insan olaraq borcumuzdur".