Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2024 10:24
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov İspaniyada təcrübədədir.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bir neçə gün öncə Madridə yollanan Samir Abasov əvvəlcə burada "Real Madrid" və "Barselona" komandaları arasındakı "El-Klasiko"nu izləyib.
Növbəti gün Barselonaya yola düşən baş məşqçi burada bir həftəlik təcrübə keçəcək. "Barselona" klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Ernandez və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.
Təcrübə proqramının sonunda onun "Barselona"nın baş məşqçisi Xavi ilə də görüşü nəzərdə tutulub.
Qeyd edək ki, bu səfərdə Samir Abasovu "Sumqayıt"ın fiziki hazırlıq üzrə məşqçisi Cerard Martines müşayiət edir.