Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sanksiyalar işləmir, Rusiya iqtisadiyyatı daha da güclənir

Sanksiyalar işləmir, Rusiya iqtisadiyyatı daha da güclənir

Tarix: 29 Aprel 2024 22:50

Rusiyaya qarşı sanksiyalar işə yaramır.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya İcmalar Palatasının Xəzinədarlığının Seçki Komitəsinin sədri Harriet Bolduin danışıb.

"Sanksiyaların Rusiya iqtisadiyyatı üçün real problemlər yaratmadığına dair konsensus var. BVF (Beynəlxalq Valyuta Fondu) bu il onun ən güclü iqtisadiyyatlardan birinə çevriləcəyini proqnozlaşdırır", - Bolduin bildirib.

Komitə rəhbəri iddia edir ki, sanksiyalar nə qədər uzun müddət davam edərsə, onlardan yan keçməyin yolları bir o qədər çox görünür.

O bildirib ki, Rusiya neftinin qiymətinə tətbiq olunan sanksiya da effektli nəticə vermir.


Etiketlər:  Sanksiyalar işləmir Rusiya iqtisadiyyatı daha güclənir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ