Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda yağışa görə sürət həddi endirildi

Bakıda yağışa görə sürət həddi endirildi

Tarix: 21 Noyabr 2019 10:32

Bakı. Samir Əli - Trend:

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Hərəkət iştirakçılarına bu cür hava şəraitində ehtiyatlı olmaları, sürücülərdən yollarda sürət həddinə əməl etmələri, meteoroloji amilləri nəzərə almaları və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmaları xahiş edilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bakıda yağışa görə sürət həddi endirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ