Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2019 12:36
"Tottenhem"dən ayrılan Maurisio Poçettino ilə maraqlanan klublar sırasına daha bir Avropa nəhəngi qatılıb.
Qol.az "The Sun"a istinadən yaydığı xəbərə görə, "Bavariya"dan sonra "Barselona" da argentinalı mütəxəssislə maraqlanır. Kataloniya klubunun istefaya göndərmək istədiyi baş məşqçi Ernesto Valverdenin yerini Poçettino ilə doldurmaq istədiyi bildirilib.
Qeyd edək ki, Poçettino 2014-cü ildən çalışdırdığı "Tottenhem"dən bir neçə gün əvvəl ayrılıb.