Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yuxusuzluq piylənməyə səbəb olur

Yuxusuzluq piylənməyə səbəb olur

Tarix: 6 May 2024 22:42

Piylənməyə səbəb olan bir çox faktorlar vardır.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, onlardan biri də düzgün yuxu rejiminin olmamasıdır.

Yuxusuzluq piylənmə və şəkər xəstəliklərini yaradır. Amerikalı diyetoloqlar 7 sağlam qadın və kişi üzərində araşdırma aparıb.

Həmin şəxslər 4 gün 8.5 saat normal, daha sonrakı 4 gündə isə 4.5 saat yatıblar. Təcrübə başa çatdıqdan sonra iştirakçıların qanındakı yağlanma və onların gün boyunca aldıqları kalorinin miqdarı müəyyənləşib.

İştirakçıların öncəki və sonrakı durumları arasında böyük fərqlər aşkarlanıb. Normal yatmayanların analizləri şəkər və piylənməyə meyilli olan xəstələrin yekunlarıyla uyğunluq təşkil edib.

Milli.Az


Etiketlər:  Yuxusuzluq piylənməyə səbəb olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ