Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Bu səmimilik deyil, sırtıqlıqdır”

“Bu səmimilik deyil, sırtıqlıqdır”

Tarix: 7 May 2024 21:55

Əməkdar artist Coşqun Rəhimov növbəti açıqlamalarıyla diqqət çəkib.

Sonxeber.net olay.az-a istinadən xəbər verir ki, aktyor efirə çıxan sənət adamlarının danışığından bəhs edib.

Bu barədə o, "Rəngarəng səhər" verilişində söz açıb.

"Sənətə qulluq edirsənsə, əgər sənin müəyyən qədər tamaşaçı kütlən varsa, onları arxanca apara bilirsənsə, mütləq danışığına fikir verməlisən. Deyirlər ki, efirdə səmimi olaq. Get evində, dostlarının arasında, kimin yanında səmimi olursan ol. Bura efirdir. Burada danışığına, hərəkətinə, əməlinə fikir verməlisən. Milyonlarla tamaşaçı baxır. Səndən nəsə götürmək istəyən insanlar, gənclər, yeniyetmələr var. Mən səmimiyəm, hər şey edə bilərəm. Bu səmimilik deyil. Bunun bir adı var, sırtıqlıq", - deyə, Rəhimov söyləyib.


Etiketlər:  səmimilik deyil sırtıqlıqdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ