Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan İlahiyyat İnstitutunda ərəb dilinin tədrisi ilə bağlı müzakirələr aparılıb (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunda ərəb dilinin tədrisi ilə bağlı müzakirələr aparılıb (FOTO)

Tarix: 21 Noyabr 2019 14:40

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ərəb dilinin tədrisi ilə bağlı müzakirələr aparılıb.

Ərəb dilinin tədrisi ilə bağlı məsələlərin müzakirə olunduğu görüşdə tələbələrin göstəriciləri, gənclərin dərslərdə fəallığı, o cümlədən, müəllimlərin tədris metodları haqqında fikir mübadiləsi aparılıb. Ceyhun Məmmədov İnstitutda təhsil alan tələbələrin ərəb dilini yüksək səviyyədə mənimsəmələrinin vacibliyinə toxunaraq, dərsdənkənar məşğələlərin bu yöndə müsbət təsir göstərdiyini qeyd edib. Rektor tədrisin keyfiyyətini bundan sonra da yüksəltmək məqsədilə yeni dərsliklərin hazırlanmasının, həmin kitabların məhz Azərbaycan İlahiyyat İnstitutunun ixtisaslaşmış müəllimləri tərəfindən yazılmasının prioritet məsələ olduğunu vurğulayıb.

Daha sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor Mübariz Camalov tədris prosesi zamanı keçirilən “Açıq dərs”lərdən bəhs edib. O, müəllimlərin dərs təcrübələrini bölüşməsinin əhəmiyyətini bildirib.

Görüş müəllimlərin qarşılıqlı təklifləri və müzakirələri ilə davam edib.

Məlumat üçün bildirək ki, Aİİ xarici dillərin tədrisinə böyük əhəmiyyət verir. Ali təhsil müəssisəsində tələbələr ingilis, ərəb, ibri və fars dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdirlər. Bütün xarici dillər peşəkar mütəxəssislər tərəfindən müasir metodlar əsasında 4 dil bacarığının – oxuma, dinləmə, danışma, yazma inkişafı istiqamətində tədris edilir. Dərslərdən əlavə, tələbələr üçün ödənişsiz ərəb və ingilis dili kursları təşkil olunur. Gələcəkdə digər dillər üzrə də əlavə məşğələlərin keçirilməsi nəzərdə tutulur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azərbaycan İlahiyyat İnstitutunda ərəb dilinin tədrisi ilə bağlı müzakirələr aparılıb (FOTO) Azərbaycan İlahiyyat İnstitutunda ərəb dilinin tədrisi ilə bağlı müzakirələr aparılıb (FOTO) Azərbaycan İlahiyyat İnstitutunda ərəb dilinin tədrisi ilə bağlı müzakirələr aparılıb (FOTO) Azərbaycan İlahiyyat İnstitutunda ərəb dilinin tədrisi ilə bağlı müzakirələr aparılıb (FOTO) Azərbaycan İlahiyyat İnstitutunda ərəb dilinin tədrisi ilə bağlı müzakirələr aparılıb (FOTO) Azərbaycan İlahiyyat İnstitutunda ərəb dilinin tədrisi ilə bağlı müzakirələr aparılıb (FOTO) Azərbaycan İlahiyyat İnstitutunda ərəb dilinin tədrisi ilə bağlı müzakirələr aparılıb (FOTO) Azərbaycan İlahiyyat İnstitutunda ərəb dilinin tədrisi ilə bağlı müzakirələr aparılıb (FOTO) Azərbaycan İlahiyyat İnstitutunda ərəb dilinin tədrisi ilə bağlı müzakirələr aparılıb (FOTO) Azərbaycan İlahiyyat İnstitutunda ərəb dilinin tədrisi ilə bağlı müzakirələr aparılıb (FOTO)


Etiketlər:  Azərbaycan İlahiyyat İnstitutunda ərəb dilinin tədrisi ilə bağlı müzakirələr aparılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ