Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Büdcədən 84 milyon oğurlayan keçmiş deputata AĞIR CƏZA

Büdcədən 84 milyon oğurlayan keçmiş deputata AĞIR CƏZA

Tarix: 8 May 2024 13:54

Rusiyanın Stavropol vilayətində məhkəmə büdcədən 84 milyon rubl (təxminən 1 milyon 562 min manat) oğurlayan keçmiş deputata hökm çıxarıb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, məhkəmə təqsirləndirilən şəxsin 2018-ci ildə saxta sənədlər əsasında modul tipli süd emalı zavodunun alınması üçün 49,8 milyon rubl (təxminən 926 min manat) məbləğində qrant aldığını müəyyən edib.

Bundan başqa, o, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin oktyabr ayına kimi nəzarət edilən hüquqi şəxslər adından rayon Kənd Təsərrüfatı və İqtisadi İnkişaf nazirliklərinə pendir istehsalı, o cümlədən kənd təsərrüfatı və süd məhsullarının emalı üçün avadanlıqların alınması barədə yalan məlumatlar təqdim edib. Buna görə o, 34,3 milyon rubldan çox (təxminən 638 min manat) subsidiya alıb. Eks-deputat pulu öz ehtiyaclarına istifadə edib.

Məhkəmə dövlət ittihamçısının mövqeyini nəzərə alaraq təqsirləndirilən şəxsi 9 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.


Etiketlər:  Büdcədən milyon oğurlayan keçmiş deputata AĞIR CƏZA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ