Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 May 2024 08:48
Görünür, Çin ABŞ-nin istənilən nöqtəsinə çata bilən nüvə olmayan qitələrarası raket sistemləri inkişaf etdirilməsi ilə məşğuldur.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Şimal komandanlığının generalı Qreqori Giyo deyib.
"Müdafiə Nazirliyinin Çinin hərbi tərtibatı ilə bağlı Konqresə təqdim etdiyi illik hesabatda deyilir ki, Çin böyük ehtimalla qeyri-nüvə təchizatlı qitələrarası raket sistemlərinin yaradılması üzərində işləyir ki, bu silahlar Pekinə Alyaska və kontinental ABŞ-dəki hədəflərə nüvə həddini keçmədən zərbə endirməyə imkan verəcək. Bu cür sistemlər, əgər işlək olarsa, gələn raketi müəyyən etmək qabiliyyətimizi çətinləşdirərək və müvafiq cavab tədbirləri ilə bağlı qərar qəbuletmə prosesini mürəkkəbləşdirərək strateji sabitliyi daha da sarsıdacaq", - general qeyd edib.