Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2024 08:48
Rusiyanın Volqoqrad Neftayırma Zavoduna dron hücumu nəticəsində yanğın baş verib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Volqoqrad quberniyasının mətbuat xidməti bildirib.
"PUA-nın Volqoqrad Neftayırma Zavodu ərazisinə düşməsi ilə detonasiyası nəticəsində alışma baş verib. Yanğınsöndürmə-xilasetmə qüvvələri çevik şəkildə işə başlayıblar - yanğın söndürülüb. İtki yoxdur", - şəhər administrasiyasının teleqram kanalı qubernator Andrey Boçarovdan sitat gətirib.
Onun sözlərinə görə, ötən gecə hava hücumundan müdafiə qüvvələri Volqoqrad ərazisinə PUA hücumunu dəf edib.
Xatırladaq ki, mayın 11-də Rusiyanın Belqorod şəhərinə endirilmiş zərbələr nəticəsində bir nəfər ölmüş, 29 nəfər yaralanmışdı.