Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 May 2024 13:50
Amerikanın keçmiş lideri Donald Tramp qarşıdan gələn prezident seçkilərində qalib gəldikdən sonra ABŞ-ın cənub sərhədini bağlayacağını və Meksikadan gələn miqrant axınını dayandıracağını bildirib.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə RİA Novosti yazır.
"Yeni administrasiyamın ilk günündə bu işğala son qoyaraq cənub sərhədini bağlayacağam" - Tramp deyib.
Siyasətçi həmçinin ABŞ prezidenti Co Baydenin "müttəfiqləri" adlandırdığı qeyri-qanuni mühacirləri evlərinə - aid olduqları yerə göndərəcəyini vəd edib.
Respublikaçıya görə, Ağ Evə qayıtdıqdan sonra Birləşmiş Ştatlar Amerika tarixində ən böyük deportasiya əməliyyatına başlayacaq.