Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2024 01:40
"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola hesab edir ki, əgər klubların maliyyə imkanları titulların taleyini müəyyənləşdirsəydi, "Mançester Yunayted" İngiltərədə hər kuboku qazanardı.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Qvardiolanın fikrincə, bu halda "Mançester Siti" də "Çelsi" və "Arsenal"a qarşı rəqabətdə uduzardı.
"Premyer Liqa darıxdırıcıdır? Yox. Burada çətindir. Əvvəllər bilirsiniz necə idi? Hər şey pulla bağlı idi.
Əgər qələbə üçün səbəb pul olsaydı, "Mançester Yunayted" bütün titulları qazanardı. Vəssalam. İkincisi, "Çelsi". Bütün titullar. Üçüncüsü, "Arsenal". Bütün titullar. Onlar son 5 ildə bizdən daha çox pul xərcləyiblər. Onlar burada - yuxarıda olmalıdırlar, amma burada deyillər", - Qvardiola deyib.
Mayın 25-də İngiltərə kubokunun finalında "Mançester Siti" "Mançester Yunayted"lə qarşılaşacaq.