Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 May 2024 08:50
Mən aydınlaşdırıcı suallar vermək istərdim: Gürcüstan qanununun Amerika qanunlarından qat-qat yumşaq olması problemdirmi? Nə üçün Gürcüstan və ya başqa bir ölkə başqalarının dəyərlərinə uyğun olmalıdır? ABŞ "dəyərləri"nə başqa dövlətlərin daxili işlərinə qarışmamaq daxil deyilmi?
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ Dövlət Departamentinin Gürcüstanla bağlı açıqlamasını şərh edərkən deyib.
Qeyd edək ki, daha öncə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə bildirib: "Gürcüstan hakimiyyəti "Xarici agentlər haqqında" qanun kontekstində seçilmiş kursdan əl çəkməlidir, mövcud yanaşmalar ABŞ dəyərlərinə uyğun deyil".