Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Uşaq deyiləm ki, gündə atılıb televiziyanın yollarında qalım"

Tarix: 15 May 2024 09:10

"Xarıbülbül" musiqi festivalına məni neçə illərdir dəvət edirlər, amma yol uzaqdır, səhhətimə görə gedə bilmirəm. Əlbəttə ki, çox istərdim gedim. Görürəm ki, mən bacarmaram. Səhhətim buna imkan verməz. Allah dövlətimizi, millətimizi qorusun. Çox sevinirəm ki, azad Şuşada milli musiqimiz səslənir"
 
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Əminə Yusifqızı deyib. O daha sonra efirlərdə görünməməsinin səbəblərindən danışıb.

"Artıq elə bir yaşdayam ki, məni bilirlər ki, televiziyada hansı verilişlərə çağırırlar və mən nəyə görə gedə bilərəm?! Uşaq deyiləm ki, gündə atılıb televiziyanın yollarında qalım. Əlbəttə ki, seçirəm. Hər zaman efirləri, verilişləri seçmişəm. O vaxtı televiziyada qiraət verilişləri var idi. Televiziyada artıq heç nə yoxdur. Heyf ötən günlər! Düz deyiblər ki, ötən günə gün çatmaz, calasan da günü günə. Artıq o cür redaktorlar yoxdur! Artıq o cür aparıcılar yoxdur! Xalqın sevgisini hər zaman hiss edirəm, görürəm. Məni mən edən də bu sevgidir" deyə xalq artisti bildirib.
Xalq artisti Fransız dilində oxuduğu şeirlərdən də danışıb.
 
"Fransada "Dədə Qorqud" dastanından həm oğulun, həm də atanın dialoqunu oxuyurdum. Birinci öz dilimizdə oxudum, sonra Fransızca. Mən gecə-gündüz onları əzbərlədim. Fizulinin "Ey həkim" qəzəlini Fransız dilində səsləndirdim. Səhnədən düşəndən sonra foyeyə keçdim. Gəlib mənimlə Fransız dilində danışırdılar. Elə bilirdilər ki, mən Fransızam. Çünki o qəzəli öz Fransız aktyorları oxuya bilmirdilər" deyə sənətkar bildirib.

Milli.Az


Etiketlər:  Uşaq deyiləm ki gündə atılıb televiziyanın yollarında qalım


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ