Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu güllə təkcə Fitsoya atılmayıb - Zatulin

Bu güllə təkcə Fitsoya atılmayıb - Zatulin

Tarix: 16 May 2024 00:46

Düşünürəm ki, bu, təkcə Fitso və Slovakiyaya deyil, həm də Rusiya-Slovakiya münasibətlərinə atılan güllədir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsdi şərh edərkən deyib.

O, hökumət başçılarına qarşı təsadüfi sui-qəsd cəhdlərinə inanmadığını bildirib.

Zatulin sui-qəsdin Fitsonun Avropa və dünyadakı vəziyyətlə bağlı mövqeyi ilə bağlı ola biləcəyini istisna etməyib.

Qeyd edək ki, Slovakiya Baş naziri Robert Fitsoya bu gün sui-qəsd edilib. O, hökumətin iclasından çıxarkən güllələnib.

Hazırda xəstəxanada əməliyyatdan çıxan baş nazirin səhhətinin stabil olduğu bildirilib.


Etiketlər:  güllə təkcə Fitsoya atılmayıb Zatulin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ