Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2024 09:00
Avropa Birliyinin Gürcüstan hakimiyyətinə vətəndaşların etiraz hüququnu təmin etməyə çağırışı rejimin dəyişdirilməsi üçün daxili işlərə müdaxilə kimi şərh edilə bilər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.
"Avropa Birliyi Gürcüstan hakimiyyətini vətəndaşların etiraz etmək hüququnu təmin etməyə çağırıb. Avropa Birliyi qətiyyətli olmalı və məsələn, ABŞ, Ermənistan, Moldovanı da vətəndaşların etiraz etmək hüququnu təmin etməyə çağırmalıdır", - XİN rəsmisi vurğulayıb.