Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəsibə Zeynalovanın nadir görüntüləri yayımlandı - FOTO

Nəsibə Zeynalovanın nadir görüntüləri yayımlandı - FOTO

Tarix: 18 May 2024 12:05

Azərbaycan Dövlət Film Fondu mərhum Xalq artisti Nəsibə Zeynalovanın nadir fotolarını yayımlayıb.

Milli.az xəbər verir ki, fond bu barədə sosial media hesablarında paylaşım edib.

"Qocaman fotoqraf, "Azərbaycanfilm" kinostudiyasının veteranı Məmməd Babayevin şəxsi arxivindən Azərbaycan Dövlət Film Fonduna nadir fotosənədlər daxil olub. Təqdim olunan fotosənədlər "Qayınana" filminin yaradıcı heyətinin 1979-cu ildə Aşqabad şəhərində keçirilən Ümumittifaq Kinofestivalında iştirakını əks etdirir. Qiymətli arxiv materiallarında filmin quruluşçu rejissoru Hüseyn Seyidzadə, aktrisalar Nəsibə Zeynalova və Tanilə Əhmərovanın nadir görüntülərinə rast gəlmək mümkündür" deyə, paylaşımda yazılıb.


Etiketlər:  Nəsibə Zeynalovanın nadir görüntüləri yayımlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ