Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müğənninin nəvəsi milyarderlə sevgilidir - FOTOlar

Müğənninin nəvəsi milyarderlə sevgilidir - FOTOlar

Tarix: 19 May 2024 08:20

Rusiyalı məşhur müğənni Sofiya Rotarunun nəvəsi Sofiya Evdokimenko bir neçə il əvvəl ABŞ-a köçüb, burada incəsənət sahəsində təhsil almağa başlayıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, model kimi işləyən Sofiya bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.

Məlum olub ki, Evdokimenko Amerikanın "Forbes" reytinqinin iştirakçısı ilə (milyarderlər deyil, perspektivli gənc iş adamları və digər sahələrdə "30-dan aşağı 30" fiqurları ilə) görüşür.

O, bundan əvvəl İT sahibkarı Denis Cadanovla eşq yaşayırdı, münasibətləri üç il davam edib. Sofiya rəsmi olaraq ayrıldığını elan etməyib, lakin onun hərəkətləri bundan xəbər verib. 

Evdokimenkonun ürəyi uzun müddət boş qalmayıb. Bu il mayın 7-də o, instaqramda yeni sevgilisi ilə fotosunu yayımlayıb və üzərinə "Ad günün mübarək, sevgilim" başlığını yazıb. Sofiya sevgilisinin adını gizlədib. Lakin "Super" Evdokimenkonun yeni sevgilisinin kimliyini tapıb. Onun ABŞ-nin ən zəngin ailələrindən birinin varisi olan 27 yaşlı amerikalı Maks Lerner olduğu üzə çıxıb.

Onun babası amerikalı xeyriyyəçi və sahibkar Alfred Lerner 1982-ci ildə "MBNA Corporation" maliyyə şirkətini qurub. 2002-ci ildə Alfredin ölümündən sonra biznesin idarə edilməsi onun oğlu Randolfa keçib. 2024-cü ilə qədər "Forbes", Lerner Sr-ın sərvətini 1,2 milyard dollar olaraq qiymətləndirib. Milyarderlər siyahısında Maksın nənəsi Norma Lerner də var.

Maks Corc Vaşinqton Universitetinin Beynəlxalq Münasibətlər fakültəsini bitirib və tələbə ikən futbol oynayıb. Universitetdən sonra Maks Nyu-Yorka köçüb. 

Qeyd edək ki, o, ailədə yeganə varis deyil. Onun böyük bacısı Çeyz və iki kiçik qardaşı var: Endryu və Nikolas.

Milli.Az


Etiketlər:  Müğənninin nəvəsi milyarderlə sevgilidir FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ