Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Arda Güler Toni Kroosa vida məktubu yazdı - FOTO

Arda Güler Toni Kroosa vida məktubu yazdı - FOTO

Tarix: 22 May 2024 10:18

Arda Güler karyerasını başa vuran Toni Kroosa vida məktubu yazıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, 19 yaşlı türkiyəli yarımmüdafiəçi Toni Kroosa vida mesajı göndərib.

"Əsl futbol əfsanəsi ilə eyni meydanı paylaşma şansı əldə etdiyim üçün minnətdaram. Gələcəkdə sən və ailən üçün ən yaxşısını arzu edirəm. Hər şeyin ən yaxşısına layiqsən, Toni. Mənim üçün, "Real Madrid" üçün və futbol üçün etdiyin hər şeyə görə təşəkkür edirəm. Səni tanımaq və səndən öyrənmək anlada bilinəcək bir şey deyil", - deyə Güler mesajında bildirib.

Qeyd edək ki, Toni Kroos Almaniyada keçiriləcək AVRO-2024-dən sonra karyerasını başa vuracağını açıqlayıb.

Milli.Az


Etiketlər:  Arda Güler Toni Kroosa vida məktubu yazdı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ