Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şirniyyat sevənlərin diqqət etməli olduğu məqam - Mütəxəssisdən AÇIQLAMA

Şirniyyat sevənlərin diqqət etməli olduğu məqam - Mütəxəssisdən AÇIQLAMA

Tarix: 22 May 2024 10:21

Şiriniyyatı sevməyən insan demək olar ki, yoxdur. Səhərləri şirin kofe, bir fincan çayla şirin peçenye və ya bir dilim tort bir çoxumuzun imtina etmədiklərimiz daddır. Şəkər orqanizminə təkcə zavodda hazırlanmış şirniyyatlar şəklində deyil, həm də karbohidratlar, tərəvəzlər və ya meyvələr şəklində daxil olur, buna görə də qlükozanı pəhrizdən tamamilə çıxarmaq mümkün deyil.

Bəs şəkəri hansı formada qəbul etməliyik ki, orqanizmimizdə fəsadlar törətməsin?

Bütün bu suallarla bağlı qida üzrə məsləhətçi, fitoterapi, meridianterapi, akupunktura və akupressor üzrə mütəxəssis Rövşən Beybudov ilə söhbətləşdik.

Mütəxəssisin sözlərinə görə, şəkərdən istifadə zamanı onun sintetik olub-olmadığına diqqət etmək lazımdır:

"Qanda şəkəri normada saxlamaq lazımdır. Yəni şəkərin öz norması var. Bir sözlə, şirin qidalardan birdəfəlik imtina etmək olmaz. Sadəcə burada bir məsələ var və buna diqqət etmək lazımdır. Biri var sintetik şirin qidalar, biri də var təbii. İnsanlar qlükoza tərkibli qidalardansa fruktoza tərkibli qidalara üstünlük verməlidirlər. Əgər buna əməl etmiş olsalar, onlarda şəkərin miqdarı normada olacaq və mədəaltı vəzi də insulun sintezini özü nizamlaya biləcək. Amma problem burasındadır ki, bu gün insanların yediyi qidaların böyük əksəriyyəti sintetik qidalardır. Karamellər, şokaladlar, tortlar və.s hər hansı bir qidalar. Buna görə də, bura da məqsəd təbii fruktoza tərkibli qidaların qəbuludur. Bu isə heç bir problem yaratmır. Sadəcə mədəaltı vəzisi xəstə olan adam təbii ki, insulun sintezi edə bilmirsə bu təhlükəlidir. Amma normaldırsa heç bir həyatı təhlükə yaratmır. Yəni qlükoza orqanizmdə çatışmazsa enerji balansı pozular və bir sıra fəsadlar törədə bilər. Qlükoza artıq olanda isə damardaxili toxumaların hamısını zədələyir və funksiyalarını pozur. Buna görə də, şəkərin normada olmasına daim nəzarət edilməlidir".

Xəyal Abdullayev


Etiketlər:  Şirniyyat sevənlərin diqqət etməli olduğu məqam Mütəxəssisdən AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ