Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2024 12:50
Mən bu məsələdə İran dövlətinin bəyanatlarına güvənirəm. Onlar dedilər ki, bu, qəzadır. Mən də hesab edirəm ki, bu, qəzadır, amma sui-qəsd olduğu üzə çıxsa, təəccüblənmərəm. Çünki İran ABŞ imperializminə və İsrail sionizminə qarşı mübarizə aparan aparıcı ölkələrdən biridir.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Türkiyənin Vətən Partiyasının rəhbəri Doğu Perinçək deyib.
"Ona görə də bu ölkə belə sui-qəsdlərin hədəfi olacaq. Bu mənada qətl olduğu elan edilsə, heç birimiz təəccüblənməzdik. Amma görürəm ki, qəza olub", - Perinçək bildirib.
Partiya lideri qəzanı İran üçün kədərli hadisə adlandırıb:
"İran prezidentinin hava şəraitinə rəğmən özünü müdafiə edə bilməməsi acınacaqlı vəziyyətdir ki, bundan dərs alınmalıdır. Liderləri qorumaq baxmından bundan ibrət götürməliyik".