Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2024 18:06
"Ölkəmizdə kilsə ictimai fikirə ən böyük təsir agentidir və biz bunu aradan qaldıracağıq".
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında bildirib.
O vurğulayıb ki, yaxın iki-üç ay ərzində kilsənin ictimai rəyə təsirlərinin aradan qaldırılması üçün qətiyyətli tədbirlər görüləcək: "Ermənistanda tarixən din xadimləri gedib kilsədə dini təhsil alır, qayıtdıqdan sonra isə agentlərə çevrilirdilər. Görünür ki, bu ənənə indi də dəyişməyib. Lakin biz yaranmış problemi iki-üç ayda həll edəcəyik", - Paşinyan qeyd edib.