Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ərdoğan İrana getməyəcək - YENİLƏNİB

Ərdoğan İrana getməyəcək - YENİLƏNİB

Tarix: 23 May 2024 10:58

10:53

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İranın mərhum Prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirak etmək üçün İrana səfər edəcəyi barədə məlumat doğru deyil.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Türkiyənin Ədalət və İnkişaf Partiyasının bəyanatında bildirilib.

Qeyd edək ki, mayın 22-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin dəfn mərasiminə qatılmaq üçün Məşhədə gedəcəyini açıqlamışdı.

Səfərlə bağlı Türkiyə mediasında dərc edilən xəbərlər səhifələrdən silinib.

---------------
22.05.2024


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin dəfn mərasiminə qatılacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik məlumat yayıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Milli.Az


Etiketlər:  Ərdoğan İrana getməyəcək YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ