Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Noyabr 2019 17:12
AFFA millinin baş məşqçisi Nikola Yurçeviçlə yolları ayırır.
Qol.az-ın xəbərinə görə, bu haqda qurumun baş katibi Elxan Məmmədov dövlət radiosuna müsahibəsində deyib: “Yurçeviç qarşısına qoyulan məqsədə nail ola bilmədi. Qrupda yuxarı yerlərdə olmaq şərti qoyulmuşdu. Lakin vəzifənin öhdəsindən gəlmədi. Yəqin ki, onunla yollar ayrılacaq”.
Xatırladaq ki, N.Yurçeviçin rəhbərliyi altında millimiz Avro-2020-nin seçmə mərhələsində qrupu 1 xal toplamaqla sonuncu yerdə başa vurub.