Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avropa çempionatı: Dörd güləşçimiz mübarizəyə başlayır

Avropa çempionatı: Dörd güləşçimiz mübarizəyə başlayır

Tarix: 23 May 2024 09:44

Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yarışın beşinci günündə qadın güləşində daha 5 çəkidə mübarizəyə start veriləcək.

53 kq, 57 kq, 62 kq, 65 kq və 72 kq çəkidə çıxış edən idmançılar xalça üzərinə çıxacaq. Azərbaycan millisinin 4 güləşçisi yarışa qatılacaq.

Qadın güləşi

53 kq

Elnurə Məmmədova ilk görüşünə 1/4 finalda çıxacaq. Təmsilçimiz Viktoriya Volkla (AİN) qarşılaşacaq.

57 kq

Jalə Əliyeva da yarışa 1/4 finaldan başlayacaq. O, Nesrin Suleymanova (Bolqarıstan) ilə görüşəcək.

65 kq

Nigar Mirzəzadə 1/8 finalda xalçaya çıxacaq. O, Maşa Peroviçlə (Serbiya) qarşılaşacaq.

72 kq

Mərziyə Sadıqova mübarizəyə 1/8 finaldan başlayacaq. Onun ilk rəqibi Eleni Krisikaki (Yunanıstan) olacaq.

Qeyd edək ki, bu gün qadın güləşində digər 5 çəkidə mükafatçılar bəlli olacaq.

Milli.Az


Etiketlər:  Avropa çempionatı Dörd güləşçimiz mübarizəyə başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ