Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanın Baş prokuroru istefa verdi

Gürcüstanın Baş prokuroru istefa verdi

Tarix: 23 May 2024 11:12

Gürcüstanın Baş prokuroru İrakli Şotadze istefa verib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror rəsmi sosial şəbəkə səhifəsində yazıb.

O bildirib ki, həkimlərin tövsiyələrini nəzərə alaraq bunu edir: "Hazırda Gürcüstanın Baş prokuroru vəzifəsini tərk etmək qərarına gəldim. Səhhətimdə yaranan problemlərə görə öz səlahiyyətlərimi həyata keçirməyə davam edə bilmərəm".

Qeyd edək ki, İ.Şotadze 18 fevral 2020-ci ildə bu vəzifəyə seçilmişdi.


Etiketlər:  Gürcüstanın Baş prokuroru istefa verdi


RƏYLƏR