Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2024 12:54
"Neftçi"nin yay transfer pəncərəsində heyətinə qatacağı futbolçulardan biri bəlli olub.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bunu Monteneqro mətbuatı açıqlayıb.
Bu ölkənin millisinin formasını geyinən Edvin Kuts karyerasını "Neftçi"də davam etdirəcək. 30 yaşlı yarımmüdafiəçinin keçidi ilə bağlı razılıq əldə olunub. Edvin son 5 ildə Kosovoda "Balkani" klubunun formasını geyinib.
Qeyd edək ki, Kuts Monteneqro millisində 5 oyunda 3 qol vurub.