Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstandan qanunsuz yolla keçirilən mobil telefonlar aşkarlanıb

Gürcüstandan qanunsuz yolla keçirilən mobil telefonlar aşkarlanıb

Tarix: 22 Noyabr 2019 19:24

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə piyada idxal xətti ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, pul kisəsinin içərisində 2 ədəd "iPhone 11 64 GB" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Gürcüstandan qanunsuz yolla keçirilən mobil telefonlar aşkarlanıb


RƏYLƏR