Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Sevda xəstədir, ona görə bu mahnını oxudu"

Tarix: 25 May 2024 09:55

Əməkdar artist Sevda Əliqızı həmkarının iradı ilə üzləşdiyini açıqlayıb.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu haqda sənətçi qonaq olduğu "7 tamam" verilişində deyib.

Proqramın aparıcısı Nanə Ağamalıyevanın "Sevda xanım hansı mahnını verilişimizdə oxuyacaqsınız?" sualına Sevda belə cavab verib:

"Bu gün lirikaya qətiyyən yer verməyəcəyəm. Bu gün pozitiv notlarda mahnılar oxumaq istəyirəm. Pozitiv olmaq istəyirəm. Çünki keçən səfər bu verilişdə lirik nəğmə ifa etdim, bir həmkarım iradını bildirdi. Dedi ki, "Sevda xəstədir, özünə aid mahnı oxudu". Mən də dedim ki, bunun heç bir aidiyyatı yoxdur. Xoşuma gələn mahnıdır. İllərdir ki, bu mahnını ifa edirəm. Bəlkə də pis məna ilə deməyib. Mən heç bu mahnını özümə aid etməmişəm. Əksinə, çox gözəl bir mahnıdır. Mahnıda "öləndə torpağa tapşırma məni" sözləri var. "Son mənzil olacaq torpağım sənsən"".

Qeyd edək ki, ötən ilin sonunda süd vəzinin onkoloji xəstəliyindən əziyyət çəkən müğənni Sevda Əliqızı əməliyyat olunmuşdu.

Milli.Az


Etiketlər:  Sevda xəstədir ona görə bu mahnını oxudu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ