Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2019 11:08
Almaniya 2-ci Bundesliqasında 14-cü tura start verilib.
Qol.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” doğma meydanda “Sankt Pauli” ilə qarşılaşıb. Görüş Aue təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Nazarov start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib. Millimizin üzvü 24-cü dəqiqədə penaltidən komandasının ikinci qolunun müəllifi olub. Bununla da 29 yaşlı futbolçu 2019/2020 mövsümündə vurduğu qolların sayını 6-ya çatdırıb.
Qeyd edək ki, "Erzgebirge" hazırda 23 xalla 3-cü pillədə qərarlaşıb.