Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 May 2024 11:16
Erməni keşiş Baqrat Qalstanyan siyasətdə naşı olduğunu və başından hündürə tullanmaq istədiyini bir daha büruzə verib. Keşiş jurnalistlərdən birinin "hökumət erkən seçkiyə qərar verərsə, münasibətiniz necə olacaq" sualına belə cavab verib ki, bu məsələni nəzərdən keçirmirlər. Necə yəni nəzərdən keçirmirsiz? Bəs onda Baş nazir Nikol Paşinyanı necə hakimiyyətdən uzaqlaşdırmaq istəyirsiniz?
Sonxeber.net xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistanda keşiş Baqratın baş nazirliyə iddiasını ortaya qoyması haqda qeyd edib.
"Adətən müxalifət hakimiyyətin istefasını tələb edəndə paralel olaraq erkən seçkilər tələb edir. Deməli, keşiş və onun arxasındakı qüvvələrin dərdi seçki yoluyla hakimiyyətə gəlmək deyil, xunta rejimi formalaşdırmaqdır. Görünür, seçkidə yenə məğlub olacaqlarını anlayırlar. Əslində Nikol Paşinyan keşişin "erkən seçki istəmirik" ifadəsindən radikallara qarşı istifadə edə bilər", - o vurğulayıb.
Qeyd edək ki, Ermənistanda keşiş Baqratın rəhbərliyi ilə delimitasiyaya qarşı revanşistlərin silsilə aksiyaları bir müddətdir davam edir.