Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2024 08:06
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri birbaşa sərhəddə yerləşdirilib, lakin Silahlı Qüvvələrin bölmələri də orada mövcudluğunu saxlayır.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan deyib.
O, Tavuşun Berkaber-Baqanis bölgəsində Ermənistan Silahlı Qüvvələrinin bölmələri olduğunu bildirib:
"Sərhədçilər sərhəddə xidmət edir. Lakin bu istiqamətdə Silahlı Qüvvələrin onlara tapşırılan tapşırıqları yerinə yetirməyə hazır olan nizami bölmələri var".