Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2019 12:12
Ötən həftə Avro-2020-nin Azərbaycan – Uels oyununu izləmək üçün Bakıya gələn uelsli fanat maraqlı hadisə ilə üzləşib.
Qol.az “Deadline” nəşrinə istinadən yazır ki, Bakıda mobil telefonunu unudan Helen adlı 34 yaşlı azarkeş İstanbulda Feysbuk vasitəsi ilə etdiyi paylaşım sayəsində istəyinə çatıb.
Helen Qrem icində Bakıdan şəkillər olan, dəyəri 500 funt təşkil edən Samsung S8 markalı telefonunu Bakıdakı PUB-lardan birində unudub. O, bundan yalnız Azərbaycanı tərk edib İstanbul aeroportuna düşəndə xəbər tutub. Bu zaman Helenin yanında olan, onunla birgə Bakıya səfər etmiş sevgilisi Mayk Cons Feysbukda paylaşım edib. O, Helenin telefonunun barda qaldığını və bunu oxuyan, hələ də Bakını tərk etməyən sonuncu uelsli azarkeşdən kömək istəyib. Bu mesajı Maykl Spir adlı 55 yaşlı uelsli azarkeş görüb və taksi ilə ondan 20 dəqiqə məsafədə PUB-a gedərək yaddan çıxmış telefonu götürə bilib.
Bununla bağlı Helen deyib: “Məsələ telefonda deyil. Mən buna qədər də bir neçə telefon itirmişəm. Sadəcə, telefonun içindəki şəkilləri köçürməmişdim”.
Helen sevgilisi ilə Bakıda
Telefonu tapan Mayk
Və o telefon